DOLAR47,97
EURO56,12
GR. ALTIN7.107
BIST14.515
BITCOIN3.648.426
MAGAZİN

“Kadınlar gülerse, dünya güler”: Bakü’de Azerbaycan, Özbekistan ve Türkiye kadınlarını buluşturan Birlik Gecesi

Haber : SERDAR ŞENGÜL / AZERBAYCAN

23 Ağustos 2026 827 okunma 9 dk okuma
1002817935
1002817935

“Kadınlar gülerse, dünya güler”: Bakü’de Azerbaycan, Özbekistan ve Türkiye kadınlarını buluşturan Birlik Gecesi

Azerbaycan Hemreylik ve Sulh Kadınları İttifakı Başkanı Aybeniz Bedelova’nın girişimiyle “Kadınlar gülerse, dünya güler” sloganı altında düzenlenen Birlik Gecesi, Azerbaycan, Özbekistan ve Türkiye’den çok sayıda iş kadını, kamuoyu temsilcisi, hukukçu ve farklı alanlarda faaliyet gösteren kadınları bir araya getirdi.

Bakü’de gerçekleştirilen etkinlikte kadın dayanışması, barış, dostluk, karşılıklı destek, Türk dünyasında kadınların daha aktif hale gelmesi ve Azerbaycan–Özbekistan ilişkilerinin daha da geliştirilmesi konularında önemli mesajlar verildi.


Gecenin ana sloganı olan “Kadınlar gülerse, dünya güler” sözü, etkinlik boyunca yapılan konuşmalarda özel bir anlam taşıdı. Kadının ailede, toplumda, iş dünyasında, kamu yönetiminde, hukukta, eğitimde, kültürde ve diğer alanlarda aktif rol almasının sağlıklı ve barışçıl bir toplumun oluşmasına önemli katkı sunduğu vurgulandı.


Aybeniz Bedelova’dan kadın dayanışması çağrısı


Etkinliğin girişimcisi ve Azerbaycan Hemreylik ve Sulh Kadınları İttifakı Başkanı Aybeniz Bedelova, konuşmasında kadınların birlik ve dayanışmasının önemine dikkat çekti.


Bedelova, kadınların yalnızca kendi başarılarıyla yetinmemesi, diğer kadınların da gelişmesine ve başarıya ulaşmasına destek olması gerektiğini vurguladı.


Kadın dayanışmasının güçlenmesiyle toplumda karşılıklı güven, iş birliği ve barış ortamının da güçleneceğini belirten Bedelova, “Kadınlar gülerse, dünya güler” sloganının yalnızca bir ifade değil, topluma verilen önemli bir sosyal mesaj olduğunu dile getirdi.


Özbekistan Milletvekili Şükran Seyidova’dan Azerbaycan–Özbekistan kardeşliği mesajı


Birlik Gecesi’nin dikkat çeken konuklarından biri Özbekistan Milli Meclisi Milletvekili Şükran Seyidova oldu.


Seyidova konuşmasında Azerbaycan ve Özbekistan arasındaki ilişkilerin derin tarihi ve manevi köklere dayandığını vurguladı.


İki halk arasındaki kardeşliğin yalnızca siyasi ve diplomatik ilişkilerle sınırlı olmadığını belirten Seyidova, ortak tarih, kültür, dil, milli değerler ve manevi bağların iki ülke arasındaki ilişkileri daha da güçlendirdiğini ifade etti.


Özbekistan Milletvekili Seyidova, Azerbaycan ve Özbekistan kadınlarının farklı alanlarda elde ettiği başarılara da özel olarak dikkat çekti.


Her iki ülkenin kadınlarının toplumsal yaşam, devlet yönetimi, girişimcilik, eğitim, bilim ve kültür alanlarında önemli başarılara imza attığını belirten Seyidova, kadınların ülkelerinin gelişimine büyük katkı sağladığını söyledi.


Seyidova, Azerbaycan ve Özbekistan kadınları arasındaki ilişkilerin daha da geliştirilmesinin önemine dikkat çekerek, kadınların ortak projelerde, sosyal girişimlerde ve uluslararası platformlarda daha aktif yer almasının Türk dünyasında dayanışmanın güçlenmesine katkı sağlayacağını ifade etti.


Azerbaycan ve Özbekistan kadınları büyük başarılara imza atıyor


Etkinlikte Azerbaycan ve Özbekistan kadınlarının toplumun farklı alanlarında elde ettiği başarılar da gündeme geldi.


Her iki ülkenin kadınlarının iş dünyasından kamu yönetimine, eğitimden bilime, hukuktan kültüre kadar birçok alanda aktif rol üstlendiği vurgulandı.


Azerbaycan kadınlarının ülkenin sosyal ve toplumsal yaşamındaki aktif konumu, girişimcilik ve iş dünyasındaki başarılı çalışmaları ile Özbekistan kadınlarının farklı meslek ve yönetim alanlarında giderek artan rolünün, Türk dünyasındaki kadın potansiyelinin ne kadar güçlü olduğunu gösterdiği ifade edildi.


Kadınların başarılarının paylaşılması ve kadınlar arasındaki deneyim alışverişinin artırılmasının yeni iş birliği imkanlarının ortaya çıkmasına katkı sağlayacağı belirtildi.


Başsavcılık Savcısı Zamine Aliyeva’dan anlamlı konuşma


Birlik Gecesi’nde Azerbaycan Cumhuriyeti Başsavcılığı bünyesinde görev yapan savcı Zamine Aliyeva da konuşma gerçekleştirdi.


Aliyeva, kadınların toplumda hukuki bilincin, sosyal sorumluluğun ve sağlıklı toplumsal ilişkilerin oluşmasındaki rolüne dikkat çekti.


Kadınların kendi haklarını bilmesinin, hukuki bilinç düzeyinin yükseltilmesinin ve toplumda karşılıklı saygı ilkelerinin güçlendirilmesinin önemini vurgulayan Aliyeva’nın konuşması katılımcılar tarafından ilgiyle karşılandı.


Azerbaycan, Özbekistan ve Türkiye kadınlarından birlik mesajı


Birlik Gecesi’nde Azerbaycan’ın yanı sıra Özbekistan ve Türkiye’den çok sayıda iş kadını ve kadın temsilci de yer aldı.


Etkinlik, Türk dünyasının kadınları arasındaki ilişkilerin geliştirilmesi açısından da önemli bir buluşma oldu.


Farklı ülkelerden kadınların aynı çatı altında bir araya gelmesi; yeni tanışmaların kurulmasına, fikir ve deneyim alışverişine ve gelecekte gerçekleştirilebilecek ortak çalışmaların değerlendirilmesine imkan sağladı.


Gecede kadınların birbirine destek olması, ortak projeler gerçekleştirmesi ve farklı ülkelerdeki kadın kuruluşları arasındaki ilişkilerin güçlendirilmesi gerektiği yönünde görüşler dile getirildi.


Birlik Gecesi’nin katılımcıları


Etkinliğe Azerbaycan, Özbekistan ve Türkiye’den çok sayıda kadın temsilci katıldı.


Katılımcılar arasında Aybeniz Bedelova, Zinyet Mirzayeva, Latife Aliyeva, Zamine Aliyeva, Nihayet Aliyeva, Aynure Revani, İlaha Fetaliyeva, Çimnaz Eyübova, Lamire Bağırova, Gülistan Orucova, Gülnira Seferova, Gülşen Aliyeva, Leyla İbrahimova, Mehriban Aliyeva, Narmin İmanova, Nigar Abilova, Günay Seferova, Sahibe Memmedova, Sedaqat Hasanova, Sekine Abdullayeva, Hamide Reşidova, Aygün İsmayılova, İmuda Zeynalova, Camila Duruskari, Naibe Hasanova, Gülnare Mirzayeva, Ayşe Özçobanlar, Metanet Bedirova, Özbekistan Milli Meclisi Milletvekili Şükran Seyidova ve Hursanoy Sadullayevna yer aldı.


Kadın dayanışması Türk dünyasının geleceğine katkı sağlıyor


Gecenin sonunda kadınlar arasındaki dayanışmanın, dostluğun ve karşılıklı desteğin daha da güçlendirilmesi gerektiği vurgulandı.


Azerbaycan, Özbekistan ve Türkiye kadınları arasında kurulan bu tür ilişkilerin yalnızca bireysel iş birliklerine değil, aynı zamanda ülkeler ve halklar arasındaki dostluk ve kardeşlik bağlarının daha da güçlenmesine hizmet ettiği ifade edildi.


“Kadınlar gülerse, dünya güler” sloganıyla gerçekleştirilen Birlik Gecesi, kadınların sesinin daha geniş kitlelere ulaştırılması, toplumdaki rollerinin güçlendirilmesi ve Türk dünyasının kadınları arasında dayanışma köprülerinin kurulması açısından önemli bir buluşma olarak öne çıktı.

AZERBAYCAN TURKCESİ İLE 

“Qadınlar gülərsə, dünya gülər”: Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib


Türk Dünyası Həmrəy və Sülh Qadınları Alyansının təsisçisi - sədri Aybəniz Bədəlova və təsisçisi - icraçı direktoru Zinyət Mirzəyəvanın təşəbbüsü ilə “Qadınlar gülərsə, dünya gülər” şüarı altında təşkil olunan Birlik Gecəsi Azərbaycan, Özbəkistan və Türkiyədən olan çoxsaylı iş qadınlarını, ictimai xadimləri, hüquqşünasları və müxtəlif sahələrdə fəaliyyət göstərən qadın nümayəndələrini bir araya gətirib.


Tədbirdə qadın həmrəyliyi, sülh, dostluq, qarşılıqlı dəstək, Türk dünyasında qadınların fəallığının artırılması və Azərbaycan–Özbəkistan münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı mühüm mesajlar səsləndirilib.


Gecənin əsas şüarı olan “Qadınlar gülərsə, dünya gülər” fikri tədbirin bütün çıxışlarında xüsusi məna daşıyıb. Bildirilib ki, qadının ailədə, cəmiyyətdə, biznesdə, dövlət idarəçiliyində, hüquq, təhsil, mədəniyyət və digər sahələrdə fəal iştirakı sağlam və sülhsevər cəmiyyətin formalaşmasına mühüm töhfə verir.

Aybəniz Bədəlovadan qadın həmrəyliyinə çağırış

Tədbirin təşəbbüskarı və Türk Dünyası Həmrəy və Sülh Qadınları Alyansının sədri Aybəniz Bədəlova çıxışında qadınların birliyinin və qarşılıqlı dəstəyinin əhəmiyyətindən danışıb.


Bədəlova qadınların yalnız öz uğurları ilə kifayətlənməməli, digər qadınların da inkişafına və uğur qazanmasına dəstək verməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, qadın həmrəyliyi gücləndikcə cəmiyyətdə qarşılıqlı etimad, əməkdaşlıq və sülh mühiti də möhkəmlənir.


“Qadınlar gülərsə, dünya gülər” şüarının sadəcə bir ifadə deyil, həm də cəmiyyətə verilən mühüm sosial mesaj olduğu diqqətə çatdırılıb.


Tədbir çərçivəsində Türk Dünyası Həmrəy və Sülh Qadınları Alyansının təsisçisi və icraçı direktoru Zinyət Mirzəyeva Alyansın üçillik fəaliyyəti ilə bağlı geniş hesabat xarakterli çıxış edib. 

O, üç il ərzində həyata keçirilən layihələr, təşkil olunan tədbirlər, beynəlxalq və ictimai əməkdaşlıqlar, eləcə də qadınların ictimai fəallığının və Türk dünyasında həmrəylik ideyalarının təşviqinə yönəlmiş mühüm təşəbbüslər barədə tədbir iştirakçılarına və qonaqlara ətraflı məlumat verib. Çıxış zamanı Alyansın keçdiyi üçillik fəaliyyət yolu, əldə etdiyi nəticələr və gələcək fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. 

Təqdim olunan hesabat Alyansın Türk dünyasında həmrəylik, sülh və qadınların fəal ictimai iştirakının təşviqi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini bir daha nümayiş etdirib.

Çıxışının sonunda Zinyət Mirzəyeva Alyansın əsas fəaliyyət fəlsəfəsini ifadə edərək bildirib ki,


Hədəfimiz "güclü qadın ,güclü türk coğrafiyasıdır".

Şüarımız - "gücümüz birliyimizdir"


Özbəkistan Milli Məclisinin deputatı Şükran Seyidovadan Azərbaycan–Özbəkistan qardaşlığı mesajı


Birlik Gecəsinin diqqət çəkən iştirakçılarından biri Özbəkistan Milli Məclisinin deputatı Şükran Seyidova olub.


Seyidova çıxışında Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin dərin tarixi və mənəvi köklərə söykəndiyini vurğulayıb. O, iki xalq arasında mövcud olan qardaşlığın yalnız siyasi və diplomatik münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda ortaq tarix, mədəniyyət, dil, milli dəyərlər və mənəvi bağlarla möhkəmləndiyini bildirib.


Deputat Azərbaycan və Özbəkistan qadınlarının müxtəlif sahələrdə əldə etdiyi uğurlara xüsusi diqqət çəkib. Onun sözlərinə görə, hər iki ölkənin qadınları ictimai həyatda, dövlət idarəçiliyində, sahibkarlıqda, təhsildə, elm və mədəniyyətdə mühüm nailiyyətlər əldə edir və ölkələrinin inkişafına böyük töhfələr verirlər.


Seyidova Azərbaycan və Özbəkistan qadınları arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, qadınların ortaq layihələrdə, sosial təşəbbüslərdə və beynəlxalq platformalarda daha fəal iştirak etməsinin Türk dünyasında həmrəyliyin güclənməsinə xidmət edəcəyini bildirib.


O, Azərbaycan və Özbəkistan arasındakı dostluq və qardaşlığın gələcək nəsillərə ötürülməsinin vacibliyini də vurğulayıb.


Azərbaycan və Özbəkistan qadınları böyük uğurlara imza atır


Tədbirdə xüsusi vurğulanan məqamlardan biri də Azərbaycan və Özbəkistan qadınlarının cəmiyyətin müxtəlif sahələrində əldə etdikləri uğurlar olub.


Qeyd olunub ki, bu gün hər iki ölkənin qadınları biznesdən dövlət idarəçiliyinə, təhsildən elmə, hüquqdan mədəniyyətə qədər bir çox istiqamətdə fəal fəaliyyət göstərirlər.


Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi və sosial həyatında fəal iştirakı, sahibkarlıq və biznes sahəsində yaratdıqları uğurlu nümunələr, eləcə də Özbəkistan qadınlarının müxtəlif peşə və idarəçilik sahələrində artan rolu Türk dünyasında qadın potensialının nə qədər böyük olduğunu nümayiş etdirir.

Tədbirdə bildirilib ki, qadınların əldə etdiyi uğurların paylaşılması və qadınlar arasında təcrübə mübadiləsinin artırılması yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər.

Tədbirdə həmçinin Türkiyədən tədbirə qatılan iş xanımı və XAURAGlOBAL şirkətinin Ambassador Lideri Ayşə Özçobanların çıxışı da yaddaşlarda iz qoydu. O, Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin sarsılmazlığından, “Bir millət, iki dövlət” prinsipinin iki ölkə arasında bütün sahələrdə öz əksini tapmasından bəhs edib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayaraq, iki ölkə xalqları arasında həmrəyliyin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyət daşıdığını bildirib.

 Ayşə Özçobanlar tədbirə dəvətə görə təşəkkürünü ifadə edərək, bu cür platformaların əməkdaşlığın və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.


Birlik Gecəsində Hüquqşunas, Yazici-Publisis 

AYB, TYB, BYB, ÖYB, QYB fəxri üzvü

Prezident Təqaüdcüsü

Lətifə Oruc da çıxış edib.


Lətifə Oruc çıxışında qadınların cəmiyyətdə hüquqi maarifləndirmənin, sosial məsuliyyətin və sağlam ictimai münasibətlərin formalaşmasında roluna diqqət çəkib.


O, qadınların öz hüquqlarını bilməsinin, hüquqi savadlılığın artırılmasının və cəmiyyətdə qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.


Lətifə Orucun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Onun qadınların cəmiyyətdə daha fəal olması, hüquqi və sosial məsələlərdə maarifləndirilməsinin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər gecənin əsas mesajları sırasında yer alıb.


Tədbirin diqqətçəkən məqamlarından biri də Türk Dünyası Həmrəy və Sülh Qadınları Alyansının fəaliyyəti, qadının cəmiyyətdə rolu və qadın həmrəyliyinin əhəmiyyəti ilə bağlı təqdimatların müxtəlif dillərdə səsləndirilməsi olub.

 Alyansın üzvü Sahibə Məmmədova rus dilində, Alyansın üzvü Gülmira Səfərova isə ingilis dilində çıxış edərək təşkilatın fəaliyyət istiqamətləri və əsas məqsədləri barədə iştirakçılara məlumat veriblər.

 Çoxdilli təqdimatlar tədbirin beynəlxalq mahiyyətini və Türk dünyası qadınlarının həmrəylik, sülh və əməkdaşlıq ideyalarının daha geniş auditoriyaya çatdırılması istiqamətində göstərdiyi səyləri nümayiş etdirib.


Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarından birlik mesajı


Birlik Gecəsində Azərbaycanla yanaşı, Özbəkistan və Türkiyədən də çoxsaylı iş qadınları və qadın nümayəndələri iştirak edib.


Tədbir Türk dünyasının qadınları arasında əlaqələrin inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyıb. Müxtəlif ölkələrdən gələn qadınların bir araya gəlməsi yeni tanışlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə, gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.


Gecədə qadınların bir-birinə dəstək olması, ortaq layihələr həyata keçirməsi və müxtəlif ölkələrin qadın təşkilatları arasında əlaqələrin gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilib.


Birlik Gecəsinin iştirakçıları


Tədbirdə Azərbaycan, Özbəkistan və Türkiyədən çoxsaylı qadın nümayəndələri iştirak edib. İştirakçılar arasında:


Aybəniz Bədəlova, Zinyət Mirzəyeva, Lətifə Əliyeva, Zəminə Əliyeva, Nəhayət Əliyeva, Aynurə Rəvani, İlahə Fətəliyeva, Çimnaz Eyyubova, Lamira Bağırova, Gülüstan Orucova, Gülmira Səfərova, Gülşən Əliyeva, Leyla İbrahimova, Mehriban Əliyeva, Nərmin İmanova, Nigar Əbilova, Günay Səfərova, Sahibə Məmmədova, Sədaqət Həsənova, Səkinə Abdullayeva, Həmidə Rəşidova, Aygün İsmayılova, İmuda Zeynalova, Camila Duruskari, Naibə Həsənova, Gülnarə Mirzəyeva, Ayşe Özçobanlar, Mətanət Bədirova, Özbəkistan Milli Məclisinin deputatı Şükran Seyidova və Xursanoy Sadullayevna yer alıblar.


Qadın həmrəyliyi Türk dünyasının gələcəyinə töhfə verir


Gecənin sonunda səsləndirilən ümumi mesaj isə qadınların həmrəyliyinin, dostluğunun və qarşılıqlı dəstəyinin daha da gücləndirilməsi olub.


Tədbirdə vurğulanıb ki, Azərbaycan, Özbəkistan və Türkiyə qadınları arasında qurulan bu cür əlaqələr yalnız fərdi əməkdaşlığa deyil, eyni zamanda xalqlar və ölkələr arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.


“Qadınlar gülərsə, dünya gülər” şüarı ətrafında keçirilən Birlik Gecəsi qadınların səsinin daha geniş auditoriyalara çatdırılması, onların cəmiyyətdəki rolunun gücləndirilməsi və Türk dünyasının qadınları arasında həmrəylik körpülərinin qurulması baxımından diqqət çəkən tədbirlərdən biri olub.

Paylaş X Facebook

Yorumlar 0

Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.

Yorumlar moderasyondan sonra yayımlanır. Hakaret ve reklam içerenler onaylanmaz.

MAGAZİN kategorisindeki diğer haberler

Sonraki haber yükleniyor…

Deneyiminizi iyileştirmek için çerez kullanıyoruz. Detaylar için Çerez Politikası.

Marka Flower Çiçekçi